...

Azərbaycan səfiri etimadnaməsini Latviya prezidentinə təqdim edib

Siyasət Materials 9 Noyabr 2010 22:54 (UTC +04:00)
Azərbaycanın Latviyadakı səfiri öz səlahiyyətlərinin icrasına başlayıb.
Azərbaycan səfiri etimadnaməsini Latviya prezidentinə təqdim edib

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir I.Hüseynov/

Azərbaycanın Latviyadakı səfiri öz səlahiyyətlərinin icrasına başlayıb.

Elman Zeynalov çərşənbə axşamı 9 noyabr tarixində öz etimadnaməsini Latviya Respublikasının Prezidenti Valdis Zatlersə təqdim edib. Bu barədə Azərbaycanın Latviya səfirliyinin məlumatında bildirilir.

Zeynalov görüş zamanı Azərbaycan ilə Latviya arasında ənənəvi dostluq münasibətlərinin və səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsi və yüksəlməsi üçün əsaslı zəminin olduğunu vurğulamış, bu əlaqələrin bundan sonra da yüksəlməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Latviya Prezidenti Valdis Zatlers qeyd etmişdir ki, hər iki dövlət arasında əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar vardır və bu imkanlardan yararlanmaq üzün yeni layihələrin irəli sürülməsi zəruridir. Prezident Zatlers Elman Zeynalova Latviyadakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabr ayının 11-də Elman Hidayət oğlu Zeynalovu Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İlham Əliyevin digər bir sərəncamına əsasən Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti