...

Prezident Əhmədinejadın Azərbaycana səfəri çərçivəsində bir sıra sazişlər imzalanacaq - səfir

Siyasət Materials 13 Noyabr 2010 16:21 (UTC +04:00)
İran Prezidentinin Bakıya qarşıdakı səfəri regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinə kömək edəcək. Bunu şənbə günü İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami deyib.
Prezident Əhmədinejadın Azərbaycana səfəri çərçivəsində bir sıra sazişlər imzalanacaq - səfir

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

İran Prezidentinin Bakıya qarşıdakı səfəri regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinə kömək edəcək. Bunu şənbə günü İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami deyib. Bu barədə İRNA agentliyi məlumat verib.

Bəhraminin sözlərinə görə, Prezident Mahmud Əhmədinejadın səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafına da kömək edəcək.

"Prezident Əhmədinejad Azərbaycana noyabrın 17-18-də səfər edəcək", - səfir deyib. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə baş tutacaq.

Səfirin sözlərinə görə, iki ölkə başçısının görüşündə son regional və beynəlxalq hadisələr, İran-Azərbaycan münasibətlərinin gələcək inkişafı, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

Səfirin sözlərinə görə, Əhmədinejad noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin rəhbərlərinin sammitində iştirak edəcək.

Bəhraminin sözlərinə görə, səfər zamanı İran Prezidentinin iqtisadiyyat və mədəniyyət də daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq barədə bir sıra sənədlər imzalayacağı gözlənilir.

Səfir iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən məmnunluğunu ifadə edib və vurğulayıb ki, son bir neçə ay ərzində İran və Azərbaycan məmurlarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün əsas yaradıb.

Xəbər lenti

Xəbər lenti