...

İran Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Siyasət Materials 17 Noyabr 2010 15:53 (UTC +04:00)
Çərşənbə günü İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Bakıda Fəxri xiyabana gəlib.
İran Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir T.Cəfərov/

Çərşənbə günü İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Bakıda Fəxri xiyabana gəlib. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətubat xidmətindən Trend-ə məlumat verilib.

İran Prezidenti müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Əhmədinejad görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər güllər düzüb.

Sonra Mahmud Əhmədinejad Şəhidlər xiyabanına gəlib. İran Prezidenti və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət eblər.

Xəbər lenti

Xəbər lenti