...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İran Prezidentinin xanımı ilə görüşüb

Siyasət Materials 17 Noyabr 2010 17:53 (UTC +04:00)
Çərşənbə günü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə səfərdə olan İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi ilə görüşüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İran Prezidentinin xanımı ilə görüşüb

Çərşənbə günü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə səfərdə olan İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Qonağı salamlayan Mehriban xanım Əliyeva Əzəm əs-Səadət Fərəhini Heydər Əliyev Fondunda görməkdən şad olduğunu bildirib.

Heydər Əliyev Fondu haqqında məlumat verən Azərbaycanın birinci xanımı deyib ki, 2004-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi ulu öndərin zəngin irsini öyrənmək və təbliğ etmək, ümummilli liderin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdır. Bununla yanaşı, Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə də bağlı genişmiqyaslı layihələr həyata keçirir. Heydər Əliyev Fondunun prezidenti qonağın diqqətinə çatdırıb ki, Fond uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği işlərində də yaxından iştirak edir.

İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi Azərbaycana səfərindən məmnun olduğunu söyləyərək, doğma münasibətə və qonaqpərvərliyə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Qonaq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə bu görüşün gələcək görüşlərin başlanğıcı olduğunu deyib. İran Prezidentinin xanımı Mehriban Əliyevanı Tehrana dəvət edib.

Azərbaycanın birinci xanımı dəvətə görə Əzəm əs-Səadət Fərəhiyə minnətdarlığını bildirib.
Mehriban xanım Əliyeva ölkəmizə səfəri çərçivəsində paytaxtımızla yaxından tanışlığın Əzəm əs-Səadət Fərəhidə xoş təəssürat yaradacağına ümidvar olduğunu söyləyib.

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adından ölkəmizdə səfərdə olan İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhinin şərəfinə nahar verilib.

Xəbər lenti

Xəbər lenti