...

Bakıda İran və Türkmənistan prezidentləri görüşüblər

Siyasət Materials 18 Noyabr 2010 16:03 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad cümə axşamı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Bakıda İran və Türkmənistan prezidentləri görüşüblər

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir T.Cəfərov/

Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün Bakıya səfər etmiş İran Prezidenti Mahmud Əhmədinejad cümə axşamı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Bu barədə İranın Azərbaycandakı səfirliyindən Trend-ə məlumat verilib.

Görüşdə prezidentlər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, iki ölkəni maraqlandıran məsələlər haqqında müzakirələr aparıblar.

Mahmud Əhmədinejadın noyabrın 17-dən Azərbaycana rəsmi səfəri başlayıb. İran Prezidenti bu gün Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirak edəcək.

Türkmənistan Prezidenti isə sammitdə iştirak etmək üçün Bakıya cümə axşamı gəlib.

Sammitdə Xəzərdə təhlükəsizliyə dair sənədin qəbulu gözənilir.

Xəbər lenti

Xəbər lenti