...

Londonda Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş gecə keçirilib

Siyasət Materials 19 Noyabr 2010 19:52 (UTC +04:00)
Noyabrın 18-də Londonda yerləşən Puşkin Evində Azərbaycanın Londondakı səfirliyi və Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin birgə dəstəyi ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş gecə keçirilib.
Londonda Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş gecə keçirilib

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Noyabrın 18-də Londonda yerləşən Puşkin EvinAzərbaycanın Londondakı səfirliyi və Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin birgə dəstəyi ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş gecə keçirilib. Bu barədə Azərbaycanın Londondakı səfirliyindən Trend-ə məlumat verilib.

Məlumata əsasən, tədbirdə britaniyalı sənətsevərlər, Azərbaycan və rus icmasının nümayəndələri iştirak ediblər. Tədbirin aparıcısı, "Gruntlers Arts" qrupunun rəhbəri Devid Perri Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verib, bu tədbirin Şərqin böyük şairinin ilk dəfə olaraq Böyük Britaniya ictimaiyyətinə çatdırılması baxımından xüsusi önəmini vurğulıb.

Daha sonra Azərbaycan Evinin idarə heyətinin sədri Əli Təkin Atalar və səfir Fəxrəddin Qurbanov görkəmli şairin həyat və yaradıcılığından danışaraq, onun Azərbaycan və bütövlükdə Şərq fəlsəfi fikri və ədəbiyyatı tarixində özünəməxsus yer tutduğunu nəzərə çatdırıblar.

Tədbirin sonunda "Nəsimi" bədii filmindən fraqmentlər nümayiş etdirilıb, uelsli şair Neycel Hamfreyzin ifasında Nəsimiyə həsr olunmuş şeirlər ifa edilib. Həmçinin Londonda fəaliyyət göstərən sənətçi Məhəmməd Ənsarinin bəstəsi fonunda Nəsiminin şeirləri azərbaycanlı tələbə Sənan Əliyevin ifasında həm Azərbaycan, həm də ingilis dilində səsləndirilib.

Tədbir çərçivəsində ingiltərəli aktyorun ifasında Nəsiminin şeirləri əsasında hazırlanmış monoloq ifa edilib.

Xəbər lenti

Xəbər lenti