...

Azərbaycan Prezidenti Tarix Muzeyinin əməkdaşlarını təltif edib

Siyasət Materials 22 Noyabr 2010 20:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarına "Əməkdar Mədəniyyət İşçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Tarix Muzeyinin əməkdaşlarını təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarına "Əməkdar Mədəniyyət İşçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanda tarixi-mədəni irsin qorunub saxlanılması sahəsində xidmətlərinə görə Tarix Muzeyinin aşağıdakı əməkdaşları - Abdullayeva Faidə Haşım qızı, Əliyeva Mina Əliyulla qızı, Hacıyeva Elmira Qılman qızı, Hacıyeva Gülşən Fərhad qızı, Hüseynova Zemfira Həmid qızı, Məhərrəmov Əliməmməd Hacı oğlu, Nəsirov Musa Müzəffər oğlu, Səfərova Rəna Ağabala qızı və Zəvərov Əmir Yusif Təhsib oğluna Azərbaycan Respublikasının "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycanda tarix elminin inkişafı və tarixi-mədəni irsin qorunub saxlanılması sahəsində xidmətlərinə görə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Abdulova Gülzadə Sərxan qızı, Ağayev Gennadi Camal oğlu, Dulayeva Zərifə Aleksandrovna, Əliyeva Gülşən Alik qızı, Əliyeva Həbibə Mirpaşa qızı, Əliyeva Nərgiz Ağasəlim qızı, Əsədullayeva Xanım Allahverdi qızı, Hüseynova Solmaz İsmayıl qızı, Məmmədov Məmməd Həsən oğlu, Rəcəbli Əli Məhəmməd oğlu, Sayılov Bəxtiyar Sahib oğlu, Şalamova Lüdmila Nikolayevna və Zeynalova Məhfuzə Hacı qızı Tərəqqi" medalı ilə təltif ediliblər.

Xəbər lenti

Xəbər lenti