...

Gürcüstan Parlamenti Temur Yakobaşvilinin ABŞ-a səfir təyin edilməsini təsdiqləyib

Siyasət Materials 24 Noyabr 2010 19:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Çərşənbə günü Gürcüstan Parlamenti axşam iclasında Temur Yakobaşvilinin ABŞ-a səfir təyin edilməsini təsdiqləyib. Qərar lehinə 91 səslə olmaqla, yekdilliklə qəbul edilib.

Yeni səfirə sessiyada iştirak edən parlament çoxluğunun, eləcə də müxalifətin nümayəndələri səs veriblər.

Buna qədər Yakobaşvili reinteqrasiya məsələləri üzrə dövlət naziri vəzifəsini tutub. O, ABŞ-da səfir vəzifəsində Batu Kuteliyanı əvəz edəcək.

Ekspertlər hesab edirlər ki, Yakobaşvilinin Gürcüstanın xeyrinə istifadə edə biləcəyi ABŞ-ın yəhudi cəmiyyəti ilə yaxşı əlaqələri var və buna görə bu təyinatı müsbət qiymətləndirirlər.

Xəbər lenti

Xəbər lenti