...

Bu gün Azərbaycan parlamentinin yeni tərkibdə ilk iclası keçiriləcək

Siyasət Materials 29 Noyabr 2010 09:57 (UTC +04:00)
Bu gün 4-cü çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçiriləcək
Bu gün Azərbaycan parlamentinin yeni tərkibdə ilk iclası keçiriləcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Bu gün 4-cü çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçiriləcək. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Saat 12:00-da keçiriləcək iclasda parlamentin yeni sədri və sədr müavinləri, komitə sədrləri seçiləcək.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bazar ertəsi 7 noyabr parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə dair qərar çıxarıb.

MSK-nın 22 noyabrda təsdiq etdiyi yekun protokolu komissiyanın 18 üzvündən 17-si imzalayıb. MSK yekun protokolu ilə 46 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib.

MSK-nın məlumatına görə, seçicilərin seçkidə iştirakı 50,14 faiz (2480205 seçici) təşkil edib. Parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti