...

Azərbaycan ilə Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planı imzalanacaq

Siyasət Materials 29 Noyabr 2010 10:53 (UTC +04:00)
Azərbaycan ilə Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır.
Azərbaycan ilə Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planı imzalanacaq

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev noyabrın 29-da Özbəkistanın müdafiə naziri general-mayor Kabul Berdiyevin dəvəti ilə Daşkəndə rəsmi səfərə yola düşüb. Bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Səfər zamanı ölkələr arasında hərbi əməkdaşlığın gedişatı və gələcək perspektivlərin müzakirə olunacağı, Cənubi Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur.

Səfər çərçivəsində Azərbaycan ilə Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır.

Azərbaycanın müdafiə nazirinin Özbəkistan Respublikasının yüksək səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.

Azərbaycan hərbi əməkdaşlıqla bağlı sazişin imzalanması üçün 30-a yaxın ölkə ilə danışıqlar aparır.

Azərbaycanın Müdafiə Nazirliyinin hazırda 30-a yaxın ölkə ilə hərbi əməkdaşlıq sazişi mövcuddur.

Xəbər lenti

Xəbər lenti