...

Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə yeni namizəd təklif olunub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Noyabr 2010 13:58 (UTC +04:00)
Bundan əvvəl İstanbulda baş konsul vəzifəsini tutan Teymuraz Şaraşenidze Gürcüstanın Azərbaycandakı səfiri təyin oluna bilər.
Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə yeni namizəd təklif olunub (ƏLAVƏ OLUNUB)

RED. əlav.: Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub

Gürcüstan, Tbilisi, 29 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Bundan əvvəl İstanbulda baş konsul vəzifəsini tutan Teymuraz Şaraşenidze Gürcüstanın Azərbaycandakı səfiri təyin oluna bilər. Gürcüstan XİN başçısının müavini Nino Kalandadzenini verdiyi məlumata görə, Gürcüstan Parlamenti qanunverici orqanda fəal xadim olan xarici əlaqələr komitəsinin müavini İrakli Kavtaradzeni Azərbaycana səfir "buraxa" bilməyib.

"Yeni səfir böyük diplomatik təcrübəyə malikdir və onun təyinatını yalnız alqışlamaq olar", - o, bildirib.

Qanunverici orqan Şaraşenidzenin namizədliyinə çox güman ki, bugünki büro iclasında baxacaq.

Kalandadzenin ənənəvi bazar ertəsi brifinqində bəyan etdiyi kimi, XİN səfirlərin namizədliklərini Prezident Administrasiyasına göndərib. Administrasiya isə müvafiq razılıqla namizədliyi Parlamentə təqdim edib.

Gürcüstanın Azərbaycandakı bundan əvvəlki səfiri Nikolaz Nadbiladze öz postunu 2009-cu ilin noyabrında tərk edib.

Son bir il ərzində Gürcüstan Parlamenti Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə iki namizədi - Vano Noniaşvilini və İrakli Kavtaradzeni təsdiqləyib, lakin onların heç biri Bakıda işə başlaya bilməyiblər.

Braziliyada Gürcüstanın səfiri Amerika departamentinin direktoru postunu tutan Otar Berdzenişvili təyin olunacaq. Meksikaya Malxaz Mikeladze göndəriləcək. O, da XİN əməkdaşıdır və Gürcüstanın Vaşinqtondakı nümayəndəsi olub.

Kote Kavtaradze İsveçə səfir təyin olunacaq. O, əvvəllər Polşadakı diplomatik missiyaya başçılıq edib. Onu Slovakiyada diplomatik missiyanı yerinə yetirən Nikoloz Nikolozişvili əvəz edəcək. Müvafiq olaraq xarici işlər nazirinin müavini Aleksandr Nalbandov Slovakiyada səfir təyin olunacaq.

Avropa Şurasında Zurab Çiaberaşvilini onun müavini Mamuka Jqenti əvəz edəcək, o özü isə İsveçrəyə səfir təyin olunacaq.

Konstitusiya Komissiyasının katibi Tengiz Şarmanişvili Ermənistana yola düşəcək. Qoqa Qorqiladze Portuqaliyaya, Arçil Dzuliaşvili idə Misirə səfir təyin olunacaq.

"Diplomatların siyahısını biz artıq Prezidentə təqdim etmişik, administrasiya isə onu müvafiq razılıqla Parlamentə göndərib", - Kalandadze qeyd edib.

Xəbər lenti

Xəbər lenti