...

Azərbaycan sərhədçiləri Rusiyaya qanunsuz yolla külli miqdarda pul keçirmək istəyən qrupu zərərsizləşdirib

Siyasət Materials 29 Noyabr 2010 15:19 (UTC +04:00)
Azərbaycan vətəndaşları, Gəncə şəhər sakinləri 1956-cı il təvəllüdlü Hüseynov Çərkəz Rza oğlu, 1961-ci il təvəllüdlü İmamverdiyev Elmdar Fəxrəddin oğlu və 1989-cu il təvəllüdlü Sayadov Elvin Həsən oğlu qabaqcadan əlbir olaraq qrup halında noyabrın 21-də 154 000 ABŞ dolları məbləğində pulu qanunsuz keçirərkən saxlanılıblar.
Azərbaycan sərhədçiləri Rusiyaya qanunsuz yolla külli miqdarda pul keçirmək istəyən qrupu zərərsizləşdirib

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan sərhədçiləri Rusiyaya qanunsuz yolla külli miqdarda pul keçirmək istəyən qrupu yaxalayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin bazar ertəsi yaydığı məlumata görə, Azərbaycan vətəndaşları, Gəncə şəhər sakinləri 1956-cı il təvəllüdlü Hüseynov Çərkəz Rza oğlu, 1961-ci il təvəllüdlü İmamverdiyev Elmdar Fəxrəddin oğlu və 1989-cu il təvəllüdlü Sayadov Elvin Həsən oğlu qabaqcadan əlbir olaraq qrup halında noyabrın 21-də Azərbaycandan Rusiya istiqamətində "Samur" sərhəd nəzarəti məntəqəsində Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə külli miqdarda olan 154 000 ABŞ dolları məbləğində pulu qanunsuz keçirərkən saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə cinayət işi başlanılıb.

Hüseynov, İmamverdiyev və Sayadov həmin maddə ilə ittiham elan edilərək, barələrində həbs-qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti