...

Azərbaycan Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qəbulla bağlı müsabiqə elan edib

Siyasət Materials 30 Noyabr 2010 10:33 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin Aparatında, Xidmətin strukturuna daxil olan qurumlarda işləmək istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edilib.
Azərbaycan Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qəbulla bağlı müsabiqə elan edib

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) miqrasiya orqanlarına qulluğa qəbul elan edib.

DMX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin Aparatında, Xidmətin strukturuna daxil olan qurumlarda - Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində, Şirvan regional miqrasiya idarəsində, Yevlax regional miqrasiya idarəsində, Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində, Lənkəran regional miqrasiya idarəsində, Xaçmaz regional miqrasiya idarəsində və Tibb müəssisəsində işləmək istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edilib.

Müsabiqədə xarici dil biliklərinə malik olan vətəndaşlara üstünlük verilir.

Müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında dekabrın 1-dən 30-dək aparılır.

İştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində müvafiq ərizə formasını doldurmalı və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Dövlət Miqrasiya Xidmətinin Aparatının inzibati binasına - Bakı şəhəri, Binəqədi rayonu, 2123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanına təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti