...

Azərbaycanın müxalif Müsavat Partiyasının Məclisinə yeni sədr seçiləcək

Siyasət Materials 6 Dekabr 2010 16:52 (UTC +04:00)
Partiya Divanının bazar ertəsi keçirilən iclası zamanı dekabrın 26-da Müsavat Məclisinin çağırılması ilə bağlı qərar qəbul olunub.
Azərbaycanın müxalif Müsavat Partiyasının Məclisinə yeni sədr seçiləcək

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyasının Məclisinə yeni sədr seçiləcək.

Partiya Divanının bazar ertəsi keçirilən iclası zamanı dekabrın 26-da Müsavat Məclisinin çağırılması ilə bağlı qərar qəbul olunub. Bu barədə bazar ertəsi Trend-ə Müsavatın Mərkəzi İcra aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Onun sözlərin görə, Məclisin toplantısında partiyanın növbəti qurultayının keçirilmə vaxtı müəyyənləşəcək. Bundan əlavə, Müsavat Məclisinin sədrinin seçilməsi, Məclisdə boş qalan yerlərə və partiya Divanının boş qalan yerlərinə üzvlərin seçilməsi məsələsi öz həllini tapacaq.

Noyabrın 29-da Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər tutduğu vəzifədən istefa verib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan Sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti