...

Rusiya Gürcüstan Prezidentinin sülh təşəbbüsü ilə "oyuncaq" rejimin liderinin bəyanatını bir səviyyəyə qoymağa çalışır – Gürcüstan XİN

Siyasət Materials 10 Dekabr 2010 15:05 (UTC +04:00)
Rusiya Gürcüstan Prezidentinin sülh təşəbbüsü ilə "oyuncaq" rejimin liderinin bəyanatını bir səviyyəyə qoymağa çalışır. Bu barədə jurnalsitlərə Gürcüstan Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar departamentinin direktoru Sergi Kapanadze rəsmi Moskvanın bəyanatlarını şərh edərkən deyib.
Rusiya Gürcüstan Prezidentinin sülh təşəbbüsü ilə "oyuncaq" rejimin liderinin bəyanatını bir səviyyəyə qoymağa çalışır – Gürcüstan XİN

Gürcüstan, Tbilisi, 10 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Rusiya Gürcüstan Prezidentinin sülh təşəbbüsü ilə "oyuncaq" rejimin liderinin bəyanatını bir səviyyəyə qoymağa çalışır. Bu barədə jurnalsitlərə Gürcüstan Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar departamentinin direktoru Sergi Kapanadze rəsmi Moskvanın bəyanatlarını şərh edərkən deyib.

Gürcüstan Prezidenti Mixail Saakaşvili Strasburqdakı çıxışında və dekabrın əvvəlində ATƏT-in Astana sammitində bəyan edib ki, Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyanın tanınmasından sonra "işğal edilmiş 20 faiz torpaqlar"ın qaytarılmasına görə vuruşmayacaq.

Moskva bəyan edib ki, Cenevrə danışıqlarının növbəti raundunda Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında güc tətbiq edilməməsi haqqında sazişin rəsmiləşdirilməsi məsələsini qaldıracaq.

"Rusiyanın son bəyanatda etdikləri beynəlxalq ictimaiyyəti çaşdırmaq və Cenevrə danışıqlarını dalana dirməkdən başqa bir şey deyil. Bununla Rusiya tərəfi Gürcüstan Prezidentinin sülh təşəbbüsünü və heç bir hüquqi qüvvəyə malik olmayan "oyuncaq" rejimin liderlərinin bəyanatlarını bir səviyyəyə qoymağa çalışır", - Kapanadze qeyd edib.

Cenevrə danışıqlarının 14-cü raundu dekabrın 16-da keçiriləcək.

Kapanadzenin sözlərinə görə, danışıqlarda Rusiya Tbilisinin etdiyi kimi, Gürcüstana qarşı güc tətbiq etməmək haqqında öhdəlik götürməlidir.

Cenevrə danışıqları 2008-ci ilin avqustunda Gürcüstanda silahlı münaqişədən sonra 12 avqust tarixli atəşkəs sazişinə uyğun təşkil edilib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya Respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazilər elan edib.

Xəbər lenti

Xəbər lenti