...

Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində heç bir dəyişiklik yoxdur – Türkiyə XİN rəhbəri

Siyasət Materials 13 Dekabr 2010 12:27 (UTC +04:00)
Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində heç bir dəyişiklik yoxdur. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Axşam" qəzetinə bildirib.
Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində heç bir dəyişiklik yoxdur – Türkiyə XİN rəhbəri

Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində heç bir dəyişiklik yoxdur. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Axşam" qəzetinə bildirib.

"Bu məsələ ilə bağlı yeni heç nə yoxdur", - o, bəyan edib.

Ermənistan prezidenti Serj Sarkisyan iki ölkənin XİN rəhbərlərinin ötən ilin oktyabrında imzaladığı münasibətlərin normallaşdırılmasına dair Ermənistan-Türkiyə protokollarının ölkə parlamentində ratifikasiya prosedurunun dayandırılması haqqında apreldə fərman imzalayıb.

Sarkisyan protokolların ratifikasiya prosedurunun müvəqqəti dayandırılmasını "milli maraqlarla" əsaslandırıb.

Münasibətlərin pozulmasına və 1993-cü ildə sərhədlərin bağlanmasına Yerevanın dünyada "erməni soyqırımı"nın tanınması iddiaları və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi səbəb olub.

Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Türkiyə Böyük Millət Məclisi Ermənistan-Türkiyə protokollarını ratifikasiya etməyəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti