...

Azərbaycanın müxalifət partiyasının sədri ATƏT-in Bakı ofisinin rəhbəri ilə seçkidən sonrakı vəziyyəti müzakirə edib

Siyasət Materials 14 Dekabr 2010 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir T.Hacıyev/

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel ilə ölkədə seçkidən sonrakı vəziyyəti müzakirə edib. Bu barədə KXCP-nin çərşənbə axşamı yaydığı məlumatda qeyd olunub.

Görüş zamanı, həmçinin, ölkədəki ictimai-siyasi vəziyyət və ATƏT-in Azərbaycanla bağlı siyasəti ətrafında da fikir mübadiləsi aparılıb. Mirəlioğlu müzakirə olunan məsələlərə dair KXCP-nin mövqeyini açıqlayıb.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib.

Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandate almaq uğrunda mübarizə aparıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti