...

Azərbaycan MSK sədri Belarusda prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 15 Dekabr 2010 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minsk şəhərində səfərdə olacaq.

MSK-nın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, səfərdə məqsəd dekabrın 19-da Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.

Müşahidə missiyası Belarus Mərkəzi Seçki Komissiyası sədrinin dəvəti əsasında həyata keçiriləcək. Azərbaycan MSK-nın sədri Minsk şəhərində müşahidə missiyasını həyata keçirməklə yanaşı, Belarusun MSK sədri və digər rəsmi şəxslərlə də görüşlər keçirəcək.

Pənahovu səfər zamanı MSK Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcək.

MSK-nın digər əməkdaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qısamüddətli müşahidə missiyasının tərkibində Belarusda keçiriləcək prezident seçkilərində müşahidəçilik missiyasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti