...

Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozo Azərbaycana səfər edəcək (YENİLƏNİB-2)

Siyasət Materials 16 Dekabr 2010 18:06 (UTC +04:00)

Səfərin tarixi və məqsədi barədə məlumat əlavə olunub

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Y.Оstapenko/

Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozo gələn ilin əvvəlində Azərbaycana səfər edəcək. Bu barədə cümə axşamı Avropa Komissiyasının Brüsseldəki ofisindən Trend-ə məlumat verilib.

Yanvarın 13-14-də baş tutacaq səfər zamanı Barrozo Avropa İttifaqının Azərbaycanla əməkdaşlığnın siyasi və iqtisadi aspektlərini müzakirə edəcək. Diqqət enerji layihələrinə yönələcək.

"Barrozonun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılıb. Səfərin qalan detalları, o cümlədən Azərbaycanın rəhbər şəxsləri ilə görüşlər hələ ki hazırlanır", - Avropa Komissiyasından deyiblər.

Barrozonun Azərbaycana səfəri onun Avropa Komissiyasının prezidenti kimi ilk gəlişidir.

Səfər bu ilin iyununda gözlənilirdi, lakin Aİ-də islahatlarla əlaqədar başqa vaxta keçirilmişdi.

Avropa İttifaqı və Azərbaycanın münasibətləri 1990-cı ildə Avropa Komissiyasının MDB ölkələrinə TASIS proqramı çərçivəsində göstərdiyi dəstək çərçivəsində başlayıb.

Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş qüvvədədir, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Keçən ilin mayında Azərbaycan və Aİ arasında münasibətlər Polşa və İsveçin təşəbbüskarı olduğu "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində yeni tərəfdaşlıq mərhələsinə daxil olub.

"Şərq tərəfdaşlığı" proqramı Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrinin yaxşılaşdırılmasına yönəldilib.

Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadləşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti