...

Azərbaycan MSK müşahidəçiləri Belarusda prezident seçkilərinin normal keçdiyini bildirib

Siyasət Materials 19 Dekabr 2010 17:56 (UTC +04:00)
Belarusda prezident seçkiləri normal keçir, bu barədə Trend-ə Minsk şəhərində səfərdə olan MSK Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.
Azərbaycan MSK müşahidəçiləri Belarusda prezident seçkilərinin normal keçdiyini bildirib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İ.Hüseynov/

Belarusda prezident seçkiləri normal keçir, bu barədə Trend-ə Minsk şəhərində səfərdə olan MSK Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

"Biz artıq bir neçə seçki məntəqəsində müşahidə aparmışıq. Qeyd etmək istərdim ki, seçkilər çox yaxşı keçirilir. Heç bir qanun pozuntusu yoxdur",  Qasımov deyib.

Belarusda prezident seçkiləri bazar günü başlayıb. Prezidentliyə 10 nəfər namizədqeydə alınıb. Əsas namizədlərdən biri 17 il ölkəni idarə edən Aleksandr Lukaşenkodur. Andrey Sannikov və Vladimir Neklyayevi onun əsas rəqibləri sayılır.

Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədi ilə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minsk şəhərində səfərdədir.  Müşahidə missiyası Belarus Mərkəzi Seçki Komissiyası sədrinin dəvəti əsasında həyata keçirilir. Azərbaycan MSK-nın sədri Minsk şəhərində müşahidə missiyasını həyata keçirməklə yanaşı, Belarusun MSK sədri və digər rəsmi şəxslərlə də görüşlər keçirəcək.

Pənahovu səfər zamanı MSK Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edir.

Qasımovun sözlərinə görə, seçicilərin fəallığı xüsusi qeyd oluna bilər.

"Qeyd etmək istərdim ki, müşahidə apardığımız məntəqələrin bəzilərində, həqiqətən də seçicilərin böyük fəallığını izləmək olardı. Hesablamalara görə, hazırda seçicilərin gəlişi  45-46 faiz təşkil edir. Bir azdan rəsmi məlumatlar elan olunacaq. Yəqin ki, axşam saat 12 üçün ilkin nəticələr bilinəcək", Qasımov deyib.

Belarusda seçki məntəqələri saat 08.00 açılıb və saat 20.00 qədər fəaliyyət göstərəcək. Hazırda MSK-nın məlumatına görə 50 faizə yaxın seçicilər səs verib.

Xəbər lenti

Xəbər lenti