Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan və Belarusun Liberal Demokrat partiyaları arasında ikitərəfli əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Liberal Demokrat Partiyasının mətbuat xidmətindən məlumat verilib.
Əməkdaşlıq müqaviləsi ALDP sədri Fuad Əliyevin Minskə səfəri çərçivəsində baş tutub.
Sənədi o və Belarus Liberal Demokrat Partiyasının sədri Sergey Qaydukeviç imzalayıblar.
ALDP sədri Belarus Liberal Demokrat Partiyası sədrinin dəvəti ilə dekabrın 19-da Belarusda keçirilən prezident seçkilərini müşahidə etmək üçün Minskdə olub.