...

Özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər tutulub

Siyasət Materials 27 Dekabr 2010 14:47 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər tutulub

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 26-da saat 00:30 radələrində Beyləqan şəhərinin Magistral küçəsində 3 nəfər şəxs həmin ərazidə xidmətdə olan Beyləqan rayon polis şöbəsinin əməkdaşlarına yaxınlaşaraq, özlərini Bakı şəhəri Baş Polis İdarəsinin (BPİ) əməliyyat müvəkkilləri kimi təqdim ediblər və Mikayıl Müşfiq küçəsində yaşayan Ayət İsmayılovu Bakı şəhəri BPİ-yə aparmalı olduqlarını və həmin şəxsin ev ünvanına onlarla birlikdə getmələrini xahiş ediblər.

Həmin şəxslər şübhə doğurduqlarından rayon polis şöbəsinə aparılıblar. Onların Bərdə rayon sakinləri Vüsal Hüseynov, Elturan Abuşov və Bakı şəhər sakini Ayaz Əliyev olduqları, habelə polis əməkdaşları olmadıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti