...

Azərbaycan Prezidenti Filarmoniyanın kamera və orqan musiqisi zalı binasının təmir və bərpa işlərindən sonra açılışında iştirak edib (FOTO)

Siyasət Materials 30 Dekabr 2010 16:22 (UTC +04:00)
Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmir və bərpa işlərindən sonra bu gün açılışı olub, AzərTAc Dövlət Agentliyi məlumat verib.
Azərbaycan Prezidenti Filarmoniyanın kamera və orqan musiqisi zalı binasının təmir və bərpa işlərindən sonra açılışında iştirak edib (FOTO)

Şəkillər əlavə olunub

Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmir və bərpa işlərindən sonra bu gün açılışı olub, AzərTAc Dövlət Agentliyi məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısının 2010-cu il 15 mart tarixli sərəncamına əsasən, təmir edilmiş Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binası Bakı şəhərinin gözəl memarlıq abidələrindən biridir.

Prezident İlham Əliyev əvvəlcə binanın ətrafında yaradılan şəraitlə və inzibati bina ilə tanış olub.

Kamera və orqan musiqisi zalı binası ilə tanışlıq zamanı məlumat verilib ki, bu tarixi-memarlıq abidəsi 1896-1899-cu illərdə yevangelik-lüteran kilsəsi kimi inşa edilib. Bina 1934-cü ilədək kilsə kimi fəaliyyət göstərib. Burada orqan musiqisi ilk dəfə 1900-cü ildə səsləndirilib. Sonralar isə burada müxtəlif mədəni tədbirlər keçirilib. 1989-cu il fevralın 1-dən bu bina Mədəniyyət Nazirliyinin, müstəqillik illərində isə birbaşa Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə keçib.

Binanın hündürlüyü 46 metrdir. Təmir və bərpa işləri zamanı burada xüsusi akustika sistemi yaradılıb. Restavrasiya olunmuş orqan isə amfiteatrdan səhnəyə endirilib. Səhnənin sahəsi 40 kvadratmetrdən 75 kvadratmetrədək genişləndirilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva orqan musiqisini dinləyiblər.

Dövlət başçısı və xanımı binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən şəkillərə baxıblar.

Prezident İlham Əliyev binada görülmüş işlərdən razılığını bildirib.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti