...

Azərbaycan Meksika ilə ikitərəfli münasibətlərin möhkəmlənməsində maraqlıdır – XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Yanvar 2011 14:07 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin Meksikanın “The News” qəzetinə verdiyi müsahibəsindən məlumatlar əlavə olunub.
Azərbaycan Meksika ilə ikitərəfli münasibətlərin möhkəmlənməsində maraqlıdır – XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Azərbaycan xarici işlər nazirinin Meksikanın "The News" qəzetinə verdiyi müsahibəsindən məlumatlar əlavə olunub

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir V.Javoronkova/  

Azərbaycan Meksika ilə ikitərəfli münasibətlərin möhkəmlənməsinə maraq göstərir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The News" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Biz artıq bir müddətdir ki, Meksika ilə münasibətlərimizin intensivləşdirilməsində maraqlıyıq", - Məmmədyarov deyib.

Azərbaycan Meksikanın Latın Amerikasında liderliyini və onun BMT və Amerika dövlətləri təşkilatı (OAS) kimi beynəlxalq təşkilatlarda rolunu tanıyır, nazir deyib.

Bundan əlavə, Məmmədyarovun sözlərinə görə, Azərbaycan üçün gənc bir dövlət kimi bütün dünyaya özü haqqında bəyan etmək və bütün sahələrdə ikitərəfli münasibətlərimizi inkişaf etdirmək vacibdir.

Beləliklə, biz Meksika ilə əlaqələrimizi möhkəmləndirmək və ümumi səmərə əldə etmək üçün yeni əməkdaşlıq sahələrini tapmaq məqsədilə işləmək istəyirik. Biz həmçinin Latın Amerikasının digər ölkələri ilə münasibətlərimizi genişləndiririk: bu yaxınlarda Azərbaycanın Kuba və Argentinada səfirliyini açmışıq və tezliklə Braziliyada səfirlk açmağı planlaşdırırıq",- Azərbaycanlı nazir deyib.

Məmmədyarov bildirib ki, bizim məqsədimiz Azərbaycanı müstəqil dövlət kimi bütün Latın Amerikası ölkələrinə tanıtmaq və Latın Amerikası haqqında daha çox bilməkdir.

İlin əvvəlində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfər edəcək.

Səfər zamanı Azərbaycanın xarici işlər naziri həmçinin Meksikaya gedəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

Səfər zamanı əməkdaşlıq perspektivlərinin müzakirə olunacağı gözlənilir.

Bu il Azərbaycan və Meksika arasında diplomatik və xidməti pasportları olan şəxslər üçün viza rejiminin sadələşdirilməsi üzrə saziş imzalanıb. Turizm vizaları sahəsində də həmin sazişin imzalanması üçün danışıqlar gedir.

Ticarət, birgə müəssisələrin yaradılması sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var, nazir hesab edir.

Azərbaycan 2009-cu ildə Meksikada səfirliyini açıb.

Bu il Meksika Azərbaycanda səfirliyini açmağı planlaşdırır. Bu barədə Meksikanın xarici işlər naziri Patrisiya Espinosa Azərbaycanın xarici işlər naziri ilə bundan əvvəlki görüşündə bildirib.

Xəbər lenti

Xəbər lenti