...

Avropa Məhkəməsi Azərbaycan vətəndaşlarının mülkiyyət hüququnun pozulması ilə bağlı müraciətinə baxacaq

Siyasət Materials 5 Yanvar 2011 14:39 (UTC +04:00)
Yanvarın 13-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hazırda Ermənistan qoşunlarının işğal etdiyi Dağlıq Qarabağdan olan qaçqınların yaşadıqları mənzillərinin hüquqlarını müdafiə edən 10 Azərbaycan vətəndaşının işinə baxacaq.Bu barədə təşkilatın məlumatında deyilir.
Avropa Məhkəməsi Azərbaycan vətəndaşlarının mülkiyyət hüququnun pozulması ilə bağlı müraciətinə baxacaq

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir Y.Ostapenko/

Avropa İnsan Hüquqları Məhkəməsi (Avropa Məhkəməsi) yanvarın 13-də mülkiyyət hüququnun pozulması ilə bağlı 11 Azərbaycan vətəndaşının şikayətinə baxacaq.

Avropa Məhkəməsinin saytının yaydığı məlumata görə, "H.Soltanov və başqaları Azərbaycana qarşı" iş Avropa İnsan Haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququnun və Konvensiyanın 6-cı maddəsi ilə qorunan ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlıdır.

Şikayətçilərin mənzillərində məcburi köçkün ailələri məskunlaşdığı üçün onlar mülkiyyətlərindən uzun müddətdir istifadə edə bilmirlər.

Onların şikayətlərinin ölkədaxili məhkəmələrdə təmin edilməsinə və məcburi köçkünlərin mənzildən çıxarılması barədə qərarın verilməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarları hələ də icra olunmayıb.

Xəbər lenti

Xəbər lenti