...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sınaq imtahanı keçirib

Siyasət Materials 23 Yanvar 2011 16:17 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ali məktəblərə qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə və ilk dəfə tətbiq ediləcək açıq testlərə cavablarını təhlil etmək üçün bazar günü sınaq imtahanı keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sınaq imtahanı keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ali məktəblərə qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə və ilk dəfə tətbiq ediləcək açıq testlərə cavablarını təhlil etmək üçün bazar günü sınaq imtahanı keçirib.

Sınaq imtahanları Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində təşkil olunmuşdur.

İmtahanlara 1085 nəzarətçi-müəllim nəzarət etmişdir.

Sınaq imtahanlarına yazılış bu il yanvarın 6-dan başlanmış və bu imtahanların keçirildiyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdirilmişdir.

Qeydiyyatdan 30 mindən çox gənc keçmişdir.

Üç saat davam etmiş imtahanların nəticələri yaxın günlərdə TQDK-nin internet saytında yerləşdiriləcəkdir.

Sonrakı sınaq imtahanlarının aprel ayından etibarən müntəzəm surətdə keçirilməsi nəzərdə tutulmuşdur.

Xəbər lenti

Xəbər lenti