Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T. Hacıyev/
Kütləvi aksiyalar keçirilməsi ilə bağlı Müsavat Partiyasında müzakirələr aparılır. Bu barədə bazar ertəsi Trend-ə Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Onun sözlərinə görə, Müsavat Divanının bazar ertəsi təşkil edilən iclasında aksiyaların keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər.
Hacılı hesab edir ki, Azərbaycanda kütləvi aksiyaların keçirilməsi zamanıdır.
Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.