25 yanvar, Fransa, Strasburq/ Trend, müxbir A. Məhərrəmli/
AŞ PA-nın qış sessiyasının ikinci iş günü Azərbaycanın AŞ-yə üzvlüyünün 10 illiyinə dair qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov tərəfindən hazırlanan "Azərbaycanın Avropa Şurasında 10 ilinin qarşılıqlı faydalı nəticələri və perspektivləri" adlanan və yazılı bəyannamə kimi hazırlanmış yeni sənəd yayılıb. Bu barədə Trend-ə millət vəkili ozü məlumat verib.
Millət vəkili qeyd edib ki, ümummilli luiderimiz Heydər Əliyev 2001-ci iln yanvarında bizi Avropa Şurasına yola salarkən həm nəsihət, həm vəsiyyət sayılası, bu təşkilatda bütün gələcək illərdə fəaliyyətimizin başlıca səmtlərini nişan verən unudulmaz sözlər deyib. Söyləmişdi ki, Avropa Şurasının demokratiya təcrübəsini mükəmməl öyrənərək Azərbaycana gətirin, Azərbaycanın nailiyyətlərini və həqiqətlərini Avropa Şurası tribunasından istifadə edərək dünyaya yayın, bir də ən vacibi ərazilərimizin işğal edilməsi, yüz minlərlə insanımızın qaçqın və köçkünə döndərilməsi faktını daim diqqətə çatdırın. Biz Avropa Şurasında olduğumuz 10 il boyunca həmişə bu düstura riayət etmişik.
Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Almaniya və digər ölkələrdən olan 20-dən artıq deputatın imza atdığı sənədin əsas mövzusunu Azərbaycan-AŞ PA əməkdaşlığı, tərəflərini bir-birlərinə verdiyi töhfələr olsa da, burada yenə Azərbaycan üçün birinci dərəcəli əhəmiyyət daşıyan Dağlıq Qarabağ problemi, Ermənistanın Azrbaycana qarşı işğal siyasəti təşkil edir.
Sənəddə qeyd edilir ki, yeni müstəqil dövlətlərin və o sıradan Azərbaycanın Avropa Şurasının tərkibinə daxil olması son 15 il ərzində həm bu təşkilatda, həm də və yeni üzv dövlətlərdə ciddi dəyişikliklərə gətirib çıxarıb.
"Yeni müstəqil dövlətlərin və o sıradan Azərbaycanın Avropa Şurasının tərkibinə daxil olması nəticəsində son 15 il ərzində həm bu təşkilatda, həm də və yeni üzv dövlətlərdə ciddi dəyişikliklər baş verib. 2011-ci ilin yanvarında AŞPA-dakı fəaliyyətlərinin 10 ili tamamlanan Azərbaycanın nümunəsi bu əməkdaşlığın nəticələri və gələcək imkanları barədə əyani təsəvvür yaradır. 70 il qapalı rejim içərisində yaşamağa məcbur olmuş Azərbaycan Avropa Şurasına həqiqi üzv kimi qəbul edildikdən sonra bu təşkilatın bilavasitə təsiri və zəngin təcrübəsinin tətbiqi ilə ölkədə demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, azad mətbuat məkanının formalaşdırılması, insan hüquq və azadlıqlarının daha geniş ölçüdə təmin edilməsi istiqamətində sürətli inkişaf baş verib. Azərbaycanın dövlət başçısının Avropa Şurasının yetirməsi olması və bu təşkilatın dəyərlərinə sadiqliyi həmin əməkdaşlığın səmərəliliyi və intensivliyini şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda, Azərbaycan da Avropa Şurasının bütövləşməsi və zənginləşməsi üçün bu müddət ərzində öz layiqli töhfəlıərini verib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri təşkilatın bir sıra strukturlarında rəhbərlikdə təmsil olunmuş, ümumavropa əhəmiyyətli 10-dan çox məruzə hazırlamış, yüzlərlə çıxış etmiş, istisnasız olaraq 10 ilin bütün sessiyalarında fəallıqları ilə seçilmişlər. Parlament Assambleyasının bir sıra komitə və alt komitələrinin iclasları və kollokviumları da Azərbaycanda keçirilib" - sənəddə deyilir.
Sənəddə habelə AŞ-də Azərbaycanın ərazilərinin işğal faktına dair sənədlərin qəbul olunduğu vurğulanır.
"Qarşılıqlı əməkdaşlığın ən mühüm tərəflərindən biri Assambleyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və 1 milyona yaxın insanın qaçqına və məcburi köçkünə çevrilməsinə Avropa Şurasının həssas, obyektiv münasibət göstərməsi, bu haqda ayrıca qətnamə (1416) qəbul etməsidir. Azərbaycan AŞPA-nın bu məsələdə gələcəkdə daha qətiyyətli mövqe tutacağı, problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə səy göstərəcəyi inamındadır" - sənəddə qeyd olunur.
Azərbaycan AŞ-yə üzv olduğu 10 ərzində çox böyük bir inkişaf yolu keçib. Trend-in məlumatına görə, bu fikirləri Azərbaycanın AŞ PA-das nümayəndə heyətinin sədri Səməd Seyidov jurnaistlərə zərbaycanın AŞ_yə üzvlüyünün 10 illiyinə münasibət bildirərəkən deyib.
Seyidov Azərbaycan bu 10 il müddətində çox böyük bir inkişaf yolu keçdiyini deyib.
"Azərbaycanın ümumilli lideri Azərbaycan bayrağını Avropa Şurasının qarşısında yüksəldib və bu gün bu əlamətdar tarixi hadisədən 10 il keçir. Bu illərl ərzində Azərbaycan AŞ-nın ən yüksək tribunalarından Azərbaycan həqiqətlərini, Azərbaycanla bağlı bütün məsələləri və ən əsası, Dağlıq Qarabağ həqiqətlərini bütün Avropa ölkələrinə çatdırmaqda böyük iş görüb, görür və bundan sonra da görəcək. Bildiyiniz kimi 2005-ci ildə o vaxt Azərbaycan nümayəndə heyətinin rəhbərinin təşəbbüsü ilə və indi isə Azərbaycan Prezidenti kimi fəaliyyət göstərən İlham Əliyevin bir başa Dağlıq Qarabağla bağlı sənədin hazırlanması və qəbul olunması tarixi bir hadisədir. 1416 saylı qətnamə Azərbaycanın ən ağır məsələsini, Dağlıq Qarabağ məsələsini bütün real və həqiqi xüsusiyyətləri və nüansları ilə dünyaya çatdırıb. B u sənəddə Azərbaycanın yox, AŞ-nın hazırladığı və Azərbaycanın işğal edilmiş torpaqları və qaçqınlar haqda həqiqətlər yer alıb.
Azərbaycan bu 10 il müddətində çox böyük bir inkişaf yolu keçib, Azərbaycan artıq başqa bir ölkədir, 2001-ci ildən fərqlənən Azərbaycandır. İqtisadi nöqteyi nəzərdən güclü, təhsilli, mədəniyyətini ən yüksək səviyyədə inkişaf etdirmiş və etdirən ölkə kimi tanınır. Ona görə də bu gün AŞ-da Azərbaycanla hesablaşırlar, Azərbaycandan dəstək istəyirlər, bizim mövqeyimizə diqqətlə yanaşırlar və Azərbaycanı özünə dost kimi, yaxın bir ölkə kimi hesab etməy üçün yaxşı mənada mübarizə aparırlar. Bu Azərbaycan rəhbərliyinin apardığı məntiqli siyasətin nəticəsidir və biz nümayəndə heyəti olaraq, bunu hiss edirik. Bu istiqamətdə olan məsələlər gətirib ona çıxarıb kı, bu gün AŞ-da Azərbaycanın nümayəndəsinin hər bir hərəkəti, hər bir sözü xüsusi səviyyə, xüsusi diqqətə malikdir. Ümumiyyətlə bu gün Azərbaycan və bizim nümayəndə heyəti üçün bir bayram sessiyasıdır. Düzdür bu sessiyada çox ciddi, çətin və mürəkkəb məsələlər var. Ümumiyyətlə, AŞ-də həmişə çox ciddi məsələlər olur. Bu sessiyada da Azərbaycanla bağlı, seçkilərin müzakirəsi, AŞ-nin islahatları və s. kimi çox vacib və ciddi, bəzən bizi həddindən artıq narahat edən məsələlər də mövcuddur. Bununla yanaşı, biz hesab ediri8k ki. Azərbaycanın AŞ-dəki mövcudluğu həm Azərbaycan üçün hədddindən atrıq vacibdir, həm də AŞ-ni zənginləşdirir. Azərbaycan AŞ-yə yeni bir fəlsəfə, yeni bir dəyər, yeni bir yanaşma gətirməklə yanaşı, özü də bəhrələnir" - Seyidov deyib.