...

MDB XİN rəhbərləri Kiyevdə toplaşacaqlar

Siyasət Materials 26 Yanvar 2011 15:20 (UTC +04:00)
MDB ölkələrinin XİN rəhbərləri apreldə Kiyevdə bir araya gələcəklər.
MDB XİN rəhbərləri Kiyevdə toplaşacaqlar

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir S.Ağayeva/

MDB ölkələrinin XİN rəhbərləri apreldə Kiyevdə bir araya gələcəklər.

Aprelin 8-də MDB Nazirlər Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulub. Bu barədə çərşənbə günü Trend-ə Birliyin İcraiyyə Komitəsindən məlumat verilib.

İclasın gündəliyi yanvarın 28-də Kiyevdə MDB-nin Nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının iclasında müzakirə olunacaq.

İclasda İcraiyyə Komitəsin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev iştirak edəcək.

Şuranın bu il ilk iclası Tacikistanın MDB-nin Nizamnamə və digər orqanları yanında səlahiyyətli daimi nümayəndəsi Kozidövlət Koimdodovun sədrliyi ilə keçiriləcək.

MDB-nin Nizamnamə və digər orqanları yanında səlahiyyətli daimi nümayəndələri öz iclaslarında 2011-ci il üçün İş planını da tutacaqlar.

Xəbər lenti

Xəbər lenti