...

AŞPA-da qəbul olunan qərar və qətnamələrin yerinə yetirilməsi üçün daha ciddi mexanizmlərin hazırlanmasına ehtiyac var - Azərbaycanlı deputat

Siyasət Materials 26 Yanvar 2011 20:38 (UTC +04:00)

Fransa, Strasburq, 26 yanvar / Trend, müxbir A. Məhərrəmli

Avropa Şurasının Parlament Assambleyasında qəbul olunan qərar və qətnamələrin yerinə yetirilməsi üçün daha ciddi mexanizmlərin hazırlanmasına ehtiyac var. Trend-in məlumatlarına görə bunu AŞ PA-nın qış sessiyası çərçivəsində AŞ daxilində islahatlar mövzusunda çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Qənirə Paşayeva deyib.

Millət vəkili çıxışında AŞPA-da qəbul olunan qərar və qətnamələrin yerinə yetirilməsi üçün daha ciddi mexanizmləri axtarıb tapmalıyıq və işə salınmalı olduğunu bildirib.

"AŞPA-da qəbul olunan qərar və qətnamələrin yerinə yetirilməsi üçün daha ciddi mexanizmləri axtarıb tapmalıyıq və işə salmalıyıq. Çünkü bir çox qərarlar qəbul edirik və bu sənədlər üzv ölkələrin bir çoxunda yerinə yetirilmir. Sadəcə bir neçə ölkə üzrə monitorinq aparmaq lazım deyil, bütün ölkələri monitorinq altında saxlamaq lazımdır. O zaman biz bir çox problemlərin vaxtında qarşısını ala biləcəyik. Ən vacib məsələlərdən biridə odur ki, əgər biz doğurdan da istəyiriksə bizə hörmət etsinlər, bu Parlament Assambleyasına böyük hörmət edilsin, o zaman qəbul etdiyimiz qərarların üzv ölkələr tərəfindən yerinə yetirilməsi vacibdir" - Paşayeva bildirib.

Qənirə Paşayeva çıxışında həmçinin erməni deputatın fikirlərinə tutarlı cavab verib.

"Burada məndən öncə çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü xanım Zöhrabyan Azərbaycan haqda yalan və böhtan dolu məlumatlar verdi və bizim güya Konstitusiyamızda etdiyimiz dəyişikliklər AŞ-nın normalaranı uyğun olmadığını, onun prinsiplərinə zidd olduğunu dedi. Xeyir, bizim Konstitusiyamızda etdiyimiz dəyişikliklər insan hüquqları və demokratiyanın inkişafı baxımından çox vacib bir addımdır və biz bir dövlət olaraq, hər zaman AŞ və onun qərarlarına chox böyük hörmətlə yanaşmışıq. Amma gəlin görək bu hörməti, bu sayğını AŞ-na, onun qərarlarına, təməl prinsiplərinə xanım Zöhrabyanın ölkəsi, Ermənistan göstərirmi? AŞ-nın təməl prinsiplərindən biri də ondan ibarətdir ki, bir üzv ölkənin digər bir üzv ölkənin ərazisini işğal edə bilməz. Amma AŞ-nın üzvü olan Ermənistan təşkilatın digər üzv ölkəsi Azərbaycanın 20 faiz ərazilərini işqal edib və 20 ildir ki, bu əraziləri işğal altında saxlayır. AŞ-nın digər ana prinsiplərindən də biri insan hüquqlarına hörmətdir. Ermənistan AŞ-nın bu prinsipinə də hörmət etmir, əksinə onu kopud şəkildə tapdalıyır. Bir milyondan artıq Azərbaycanlı 20 ildən artıqdır kı, qaçqın və məcburi köçkün kimi yaşayır. Bilirsiniz niyəm çünkü onların evləri Ermənistanın işğalı altındadır və onlar öz yurd-yuvalarına qayıtmaq hüququndan mərhumdular. Ona görə də belə bir ölkənin bu gün burada AŞ-nın prinsipləri haqda danışmaq haqqı belə yoxdu. Amma mən hörmətli cənab Minyonun məruzəsinə (fransalı deputat) qayıdaraq bir daha bir vacib məsələni vurğulamaq istəyirəm. Bilirsinizmi nəyə görə Ermənistan özünü belə aparır? Ona görə ki, AŞPA-nın qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində sərt mexanizmlər yoxdur. 2005-ci ildə Assambleya 1416 saylı qətnaməsini qəbul edib və bu sənəddə çox aydın şəkildə deyilir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır və bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd yuvalarına dönməlidir. Amma bu günə qədər Ermənistan bu qətnamənin heç bir maddəsini yerinə yetirməyib, ümumiyyətlə bu qətnaməni yerinə yetirməkdən imtina edir. Biz buna sadəcə bir Assambleya olaraq adi baxmamalıyıq, o qətnamənin və digər vacib qətnamələrin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmləri işləyib hazırlamalıyıq"- millət vəkili çıxışında bildirib.

Xəbər lenti

Xəbər lenti