...

Azərbaycanın Türkmənistandakı səfiri "Vətən oğlu" qızıl medalına layiq görülüb

Siyasət Materials 27 Yanvar 2011 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadə "Dədə Qorqud" milli xeyriyyəçilik fondu və "Azərbaycan dünyası" beynəlxalq jurnalının "Vətən oğlu" qızıl medalına layiq görülüb. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Azərbaycan diplomatik missiyasının rəhbəri türk dünyasının maraqlarına xidməti, Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında əvəzolunmaz fəaliyyəti, ölkə xaricində elm, mədəniyyət, eləcə də xeyriyyəçilik sahəsində misilsiz xidməti və öz vətəninə sonsuz sevgisinə görə bu yüksək mükafata layiq görülüb.

Xəbər lenti

Xəbər lenti