...

Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa daha çox önəm verir - deputat Qənirə Paşayeva

Siyasət Materials 27 Yanvar 2011 16:53 (UTC +04:00)
Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa daha çox önəm verir. Trend-in məlumatına görə, bu fikirləri cümə axşamı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Pşayeva "Yaxın Şərqdə xristianlara qarşı təhdid"ə dair aktual müzakirələr zamanı çıxışında deyib.
Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa daha çox önəm verir - deputat Qənirə Paşayeva

Fransa, Strasburq, 27 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa daha çox önəm verir. Trend-in məlumatına görə, bu fikirləri cümə axşamı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Pşayeva "Yaxın Şərqdə xristianlara qarşı təhdid"ə dair aktual müzakirələr zamanı çıxışında deyib.

Millət vəkili Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun bu sahədə çox böyük işlər gördüyünü Avropa parlamentarilərinin diqqətinə çatdırıb.

"Biz dinlər və mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsi üçün çox çalışmalıyıq. Mən öz ölkəmin örnəyini demək istəyirəm. Azərbaycan Şərqlə Qərb arasında bir körpü olaraq bu məsələyə böyük önəm verir. Buna görə də Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər arasında çox gözəl münasibətlər var. Təbii ki, bu da insanlarımızın, dövlətimizin, millətimizin gələcəyi baxımdan çox önəmlidir. Azərbaycanda əhalinin çoxunun müsəlman olmasına baxmayaraq, sovetlər dönəmində sovet rejimi tərəfindən dağıdılmış kilsələr, məscidlər, sinaqoqlar Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra bərpa və ya yenidən inşa edilərək, xristian və ya yəhudi icmasının istifadəsinə verildi. Azərbaycan bu sahədə ciddi işlər görüb" Paşayeva deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, Ermənistanın etnik təmizləmə siyasəti aparması nəticəsində bütün azərbaycanlıların Ermənistandan qovulmasına baxmayaraq, Azərbaycan xalqı Bakıdakı erməni kilsəsinə toxunmadı.

"Bu gün Azərbaycanda minlərlə erməni yaşayır. Təəssüf ki, biz eyni vəziyyəti AŞ üzvü olan Ermənistanda görə bilmirik. Ermənistanda azərbaycanlılara məxsus məscid və mədəni abidələr, eyni zamanda, işğal edilən Azərbaycan torpaqlarında bütün dini və tarixi abidələr dağıdılıb və dağıdılmaqda davam edir. Bizim əsas vəzifəmiz AŞ PA və üzv ölkələr olaraq, həm ölkələrimiz daxilində, həm də dünyada mədəniyyətlər və sivilizasiyararası dialoq sahəsində daha çox iş görməkdir. Azərbaycanda həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən dinlər və mədəniyyətlərarası dialoq sahəsdində çoxlu sayda tədbirlər keçirilir. Bu tədbirlər sadəcə Azərbaycan insanına yönələn tədbirlər deyil. Azərbaycan dövləti və Heydər Əliyev Fondu bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Və biz Şərqlə Qərb arasında bir körpü olaraq, Azərbaycanda bir model olaraq bu sahədə gördüyümüz işlər örnəkdir. Bİz AŞ PA-nı Azərbaycanın da örnəyini götürərərək, həm öz ölkələrində, həm də beynəlxalq səviyyədə işlər görmələrinə çağırırıq ki, gələcəkdə bu sahədə xoşagəlməz hallar olmasın", - Paşayeva çıxışında bildirib.

Sonra müzakirələrdə çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Aydın Abbasov XX əsrin iqtisadi, ekoloji və demoqrafik problemlərinə baxmayaraq, Azərbaycanın xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamaları sayəsində unikal örnək olduğunu vurğulayıb.

"Bəzi separatçı qruplar tərəfindən dini faktorlardan istifadə etmək cəhdləri və XX əsrin iqtisadi, ekoloji və demoqrafik problemlərinə baxmayaraq, Azərbaycan xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamaları sayəsində unikal örnəkdir. Azərbaycan Asiya ilə Avropa arasında bir körpü rolunu oynayır. Bu fakt Azərbaycanın həm 10 ildir AŞ-yə üzvlüyü, həm də İslam Konfransı Təşkilatına üzv olması ilə daha önəmli olur. 1999-cu ildən etibarən 16 noyabr tarixi Azərbaycanda tolerantlıq günü kimi qeyd olunur. Ölkə Prezidenti bütün dini icmaların nümayəndələrini əsas bayramları münasibətilə hər il təbrik edir. Biz fərqli dini təriqətlər arasında birgə tədbirlərin təşkili üçün bütün səylərimizi işə salmalıyıq. Biz insanlar və dinlər arasında qarşıdurma yaratmamalı, əksinə, onlar arasındakı məsafəni yaxınlaşdırmalıyıq", - Abbasov deyib.

Xəbər lenti

Xəbər lenti