...

Azərbaycanda Xocalı faciəsi haqqında qanun layihəsi hazırlanır

Siyasət Materials 28 Yanvar 2011 18:37 (UTC +04:00)
Azərbaycanda Xocalı faciəsi haqqında qanun layihəsi hazırlanır. Trend-in məlumatına görə, bir sıra siyasi partiyaların və qeyri-hökumət təşkilarlarının birgə yaratdığı İctimai Palatanın şənbə günü keçiriləcək sessiyasında belə bir layihənin hazırlanması gündəliyə salınıb.
Azərbaycanda Xocalı faciəsi haqqında qanun layihəsi hazırlanır

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Xocalı faciəsi haqqında qanun layihəsi hazırlanır. Trend-in məlumatına görə, bir sıra siyasi partiyaların və qeyri-hökumət təşkilarlarının birgə yaratdığı İctimai Palatanın şənbə günü keçiriləcək sessiyasında belə bir layihənin hazırlanması gündəliyə salınıb.

Bundan əlavə, yeni üzvlərin qəbulu, palatanın işinin təşkili, 2011-ci il üçün iş planı, ölkədəki ictimai-siyasi vəziyyət və cari məsələlər İctimai Palatanın iclasının gündəliyinə salınıb.

Dekabrın 28-də Azərbaycanın bir sıra siyasi partiyaları, parlament seçkilərində iştirak etmiş namizədlər və QHT nümayəndələri İctimai Palata təsis ediblər. İctimai Palatanın yaradılmasında məqsəd Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası sahəsində tədqiqatlar aparmaq, layihələr (o cümlədən qanun layihələri), proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaq və ictimai müzakirələrə çıxarmaq, münasibət bildirilməsi zəruri olan məsələləri müzakirə etmək, dinləmələr keçirmək, hakimiyyət orqanlarına və digər şəxslərə sorğular vermək, göstərilən istiqamətlərdə Azərbaycan cəmiyyətinin siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün mütərəqqi nümayəndələrinin səylərini əlaqələndirmək və təşkilatlandırmaq məqsədi ilə demokratiya uğrunda vətəndaş hərəkatının təminidir.

Xəbər lenti

Xəbər lenti