...

AŞPA həmməruzəçisi Azərbaycan üzrə obyektiv, qərəzsiz, demokratik məruzə hazırlanacağını bildirib

Siyasət Materials 3 Fevral 2011 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir M.Əliyev/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt de Mora cümə axşamı Milli Məclisin sədri Oqtay Əsədovla  keçirdiyi görüş zamanı Azərbaycan üzrə obyektiv, qərəzsiz, demokratik məruzə hazırlanacağını bildirib.

Trend-in məlumatına görə, həmməruzəçi Azərbaycanın gördüyü işləri müsbət qiymətləndirib.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın AŞPA-ya üzv olarkən götürdüyü öhdəliklərin üçünün qismən, qalanlarının isə tam yerinə yetirildiyini bildirib. "Bu, Azərbaycanın Avropa Şurasına və bütövlükdə Avropa dəyərlərinə verdiyi önəmin bariz göstəricisidir", - Əsədov deyib.

Görüşdə ölkəmizdə səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi Jozef Debono Qrex də iştirak edib.

Xəbər lenti

Xəbər lenti