...

Macarıstanın dövlət katibi Azərbaycana səfər edəcək

Siyasət Materials 8 Fevral 2011 11:57 (UTC +04:00)
Bakıda Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. Danışıqlar Macarıstanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jolt Nemetin fevralın 24-26-da Bakıya səfəri çərçivəsində keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə diplomatik mənbələrdən məlumat verilib.
Macarıstanın dövlət katibi Azərbaycana səfər edəcək

Аzərbaycan, Bakı, 8 fevral /Trend, müxbir S.Ağayeva/

Bakıda Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. Danışıqlar Macarıstanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jolt Nemetin fevralın 24-26-da Bakıya səfəri çərçivəsində keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Səfər zamanı ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin müzakirə olunacağı gözlənilir. Danışıqlarda müzakirə ediləcək məsələlərdən biri də yanvar ayından Macarıstanın sədrlik etdiyi Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri olacaq.

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər hələ Avropa Komissiyasının MDB ölkələrinə TASİS proqramı çərçivəsində göstərdiyi dəstəklə başlayıb.

Avropa İttifaqı ilə Azərbaycan arasında 1999-cu uildən qüvvəyə minən Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş fəaliyyət göstərir, eləcə də 2003-cü ildən qüvvədə olan Avropa Mehriban Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Ötən ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər yeni mərhələyə - Aİ-nin təşəbbüskarı Polşa və İsveç olan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığa keçib.

"Şərq tərəfdaşlığı" Aİ-nin altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi yaxınlaşmanı nəzərdə tutur. Proqram Aİ-yə üzvlüyün mümkünlüyünü deyil, lakin viza rejiminin sadələşdirilməsini, enerji sahəsində əməkdaşlığı, sərbəst ticarət zonalarının yaradılmasını nəzərdə tutur. Eləcə də tələbə mübadiləsi, ətraf mühitin müdafiəsi, enerji təchizatı üzrə kiçik layihələr həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti