Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir T.Konyayeva/
Azərbaycan və Fransa arasında bütün səviyyələrdə, o cümlədən regional səviyyədə əməkdaşlıq qurmaq vacibdir. Bunu Trend-ə müsahibəsin Fransa Senatının üzvü Natali Qule bildirib.
"Parlamentarilər, şirkətlər və mədəniyyət birlikləri arasında əməkdaşlığın səviyyəsini uğurlu hesab edirəm. Nazirliklərimiz arasında beynəlxalq əlaqələr, münasibətlər qurulub. Ölkələrimizin şirkətləri arasında irimiqyaslı müqavilələr imzalanıb. Lakin regional əməkdaşlığı da inkişaf etdirməliyik və mən bunu daha effektiv hesab edirəm", - Qule deyib.
Münasibətlərin nizama salınmasında daha effektli alətlərdən biri mədəni sahədə əməkdaşlıqdır, senator hesab edir.
"Hazırda Fransada "Azərbaycan ili"nin keçirilməsi üzərində işləyirik. Analoji mədəniyyət layihəsi Ermənistanla da gerçəkləşdirilib və bu vaxta qədər Fransada Azərbaycana həsr olunmuş mədəniyyət tədbirlərinin keçirilməməsi faktını ədalətsiz hesab edirəm", - Qule deyib.