...

Bakıda Xəzəryanı ölkələrin Sərhəd Xidməti rəhbərləri dənizin təhlükəsizlik məsələlərini müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Fevral 2011 16:29 (UTC +04:00)
Bakıda beş Xəzəryanı ölkənin Sərhəd Xidməti rəhbərlərinin işçi görüşü keçirilib.
Bakıda Xəzəryanı ölkələrin Sərhəd Xidməti rəhbərləri dənizin təhlükəsizlik məsələlərini müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra müzakirələrin təfərrüatları əlavə olunub (ilk xəbər saat 16:21-də yayılıb)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda beş Xəzəryanı ölkənin Sərhəd Xidməti rəhbərlərinin işçi görüşü keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, fevralın 9-da Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistanın Sərhəd xidmətləri rəhbərlərinin işçi görüşü keçirilib.

Görüş zamanı Xəzər dənizində mövcud vəziyyət və onun inkişaf meyilləri barədə fikir mübadiləsi aparılıb, sərhəd qurumları arasında əməkdaşlığın vəziyyəti və prespektivləri müzakirə olunub, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq mexanizminin işlənib hazırlanmasının vacibliyi vurğulanıb.

Tərəflər ötən il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlət rəhbərlərinin zirvə toplantısının nəticələrini, xüsusilə də sammit zamanı imzalanmış "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" sazişi müzakirə ediblər.

Sərhəd xidməti rəhbərləri sənəddən irəli gələn məsələlərin həlli üçün sərhəd xidmətləri arasında "Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında" Protokol layihəsinin hazırlanması və Xəzəryanı dövlətlərin Sərhəd xidmətləri rəhbərlərinin növbəti işçi görüşündə baxılması barədə razılığa gəliblər.

Nümayəndə heyətinin rəhbərləri beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya və qaçaqmalçılıq, narkotiklərin qeyri-leqal dövriyyəsi kimi təhlükələrə qarşı mübarizənin davam və bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti