...

Azərbaycan Prezidenti süd emalı zavodunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 9 Fevral 2011 20:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində süd emalı zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti süd emalı zavodunun açılışında iştirak edib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində süd emalı zavodunun açılışında iştirak edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsdikdən sonra müəssisə ilə yaxından tanış oldu.

Zavodun tikintisi ötən ilin dekabrında başa çatdırılmışdır. "Gilan Holdinq"in sifarişi ilə tikilmiş müəssisənin istehsal sahəsi 3,9 min kvadratmetrdir. Zavodda qatıq, kəsmik, ayran, dovğa, xama və pendir istehsal edilir. Hazırda zavodun emal gücü sutkada 20 tondur. Maksimum güclə işlədikdə isə sutkada 40 ton süd emal etmək mümkündür.

25 nəfərin işlə təmin olunduğu müəssisənin fəaliyyətə başlaması rayonda heyvandarlığın inkişafına müsbət təsir edəcəkdir. Zavodu südlə təmin etmək üçün rayonda üç qəbul məntəqəsinin açılması nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev zavodun fəaliyyətini işə salan düyməni basdı.

Dövlətimizin başçısı süd qəbulu, qatıq, kəsmik, dovğa-ayran və pendir sexlərində emal və qablaşdırma prosesini izlədi, zavodun məhsullarının nümayiş etdirildiyi stendlə tanış oldu, hazır pendirin dadına baxdı.

Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlarını bildirdi.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti