...

İlham Əliyev Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonu qəbul edib

Siyasət Materials 11 Fevral 2011 16:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonu qəbul edib
İlham Əliyev Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonu qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvanto Azərbaycana səfərindən məmnunluğunu bildirdi. O, Bakının müasirliyinin və paytaxtımızdakı inkişaf proseslərinin şahidi olduğunu dedi.

Ölkəmizdə idmana dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini bildirən Prezident İlham Əliyev son illər Azərbaycanın idman sahəsində böyük uğurlar və nailiyyətlər əldə etməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonun ölkəmizə bu səfərinin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Xəbər lenti

Xəbər lenti