...

Azərbaycan Prezidenti Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 11 Fevral 2011 19:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda deyilir ki, respublika əhalisinin sağlamlığının qorunması ilə bağlı görülən tədbirlər çərçivəsində ölkəmizdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni səhiyyə ocaqlarının yaradılmasının davam etdirilsin.

1. Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının yeni binasının tikintisi ilə əlaqədar 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 3,0 (üç) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

Xəbər lenti

Xəbər lenti