...

Müasir Müsavat Partiyası birgə mitinq keçirmək üçün digər partiyalara müraciət edib

Siyasət Materials 14 Fevral 2011 14:05 (UTC +04:00)
Müasir Müsavat Partiyası birgə mitinq keçirmək üçün digər partiyalara müraciət edib. Bu barədə bazar ertəsi Trend-ə partiyanın mətbuat xidmətindən məlumat veriblər.
Müasir Müsavat Partiyası birgə mitinq keçirmək üçün digər partiyalara müraciət edib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir T.Hacıyev/

Müasir Müsavat Partiyası birgə mitinq keçirmək üçün digər partiyalara müraciət edib. Bu barədə bazar ertəsi Trend-ə partiyanın mətbuat xidmətindən məlumat veriblər. Belə bir qərar partiyanın idarə heyətinin iclasında qəbul olunub. Bir neçə partiya ilə artıq bu istiqamətdə danışıqlar aparılıb.

Müasir Müsavat Partiyası 2000-ci ildə təsis edilib, 2002-ci ildə dövlət qeydiyyatından keçib. Ötən 2008-ci ildə keçirilən prezident seçkilərində partiya sədri Hafiz Hacıyev 0,65 faiz səs toplayıb. Müasir Müsavat Partiyası özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

Xəbər lenti

Xəbər lenti