...

ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini dəstəkləməkdə davam edəcək – Dövlət Departamenti (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Fevral 2011 11:53 (UTC +04:00)

Sitatlar və bəkqraund əlavə olunub (ilk xəbər saat 11:20-də yayılıb)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir A.Axundov/

ABŞ Türkiyə, Azərbaycan və Ermənistanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə cəlb etməkdə davam edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Krouli brifinqdə bildirib.

"ABŞ Türkiyə, Azərbaycan və Ermənistanı bu prosesə cəlb etməyi davam etdirəcək və onun nə ilə nəticələnəcəyini müşahidə edəcək", - Krouli bildirib.

Onun sözlərinə görə, Vaşinqton bu məsələyə böyük önəm verir.

"Dövlət katibinin özü bu prosesdə fəal iştirak edib", - Krouli deyib.

Onun sözlərinə görə, ABŞ bu məsələdə irəliləyişə nail olmaq yolundakı bütün maneələri nəzərə alır.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan XİN rəhbərləri Ermənistan-Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması haqqında protokollar imzalayıblar. Lakin protokollar hələ də həmın ölkələrin parlamentlərində ratifikasiya olunmayıb.

İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə pozulub.

Münasibətlərin pozulmasına və Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın dünyada "erməni soyqırımı"nı tanıtmaq cəhdləri və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi olub.

Xəbər lenti

Xəbər lenti