...

Azərbaycanda səfirlik əməkdaşları üçün heç bir təhlükə yoxdur - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 17 Fevral 2011 10:42 (UTC +04:00)
Azərbaycanda nəinki hansısa səfirliyin əməkdaşı üçün, bütövlükdə respublikada yaşayan əcnəbilər üçün heç bir təhlükə yoxdur. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Azərbaycanda səfirlik əməkdaşları üçün heç bir təhlükə yoxdur - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda nəinki hansısa səfirliyin əməkdaşı üçün, bütövlükdə respublikada yaşayan əcnəbilər üçün heç bir təhlükə yoxdur. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Azərbaycan dövlətinin ictimai-siyasi həyatı, kriminogen vəziyyəti tam sabitdir, dövlətin nəzarəti altındadır. Ancaq hər bir səfirliyin, hər bir ölkənin təhlükəsizliklə bağlı öz meyarları var, onlar da öz meyarlarına əsaslanaraq vətəndaşlarını bu və ya digər hallardan xəbərdar etmək hüququna malikdirlər", - Həsənov deyib.

ABŞ Dövlət Departamenti, Böyük Britaniya və İsrail Xarici İşlər nazirlikləri öz vətəndaşlarına ünvanladıqları xəbərdarlıq müraciətlərində onları Azərbaycanda ictimai yerlərdə ayıq-sayıq olmağa, öz şəxsi təhlükəsizlikləri ilə bağlı sayıqlıq nümayiş etdirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti