...

Yeni Azərbaycan Partiyası Rumıniyanın hakim partiyası ilə memorandum imzalayıb

Siyasət Materials 18 Fevral 2011 18:16 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə Rumıniyanın hakim Demokrat Liberal Partiyası (PDL) arasında "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.
Yeni Azərbaycan Partiyası Rumıniyanın hakim partiyası ilə memorandum imzalayıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə Rumıniyanın hakim Demokrat Liberal Partiyası (PDL) arasında "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Trend-in YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, memorandumu YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov və PDL sədrinin birinci müavini Adriean Videanu imzalayıblar.

Sənəddə tərəflərin ölkələrindəki cari siyasi vəziyyət və ölkələrinin ikitərəfli və çoxtərəfli əlaqələri ilə bağlı bir-biri ilə məsləhətləşmələr aparması, beynəlxalq əlaqələr, partiyaların inkişafı, eləcə də digər sahələrdə təcrübə mübadiləsini həyata keçirməsi, müxtəlif səviyyələrdə partiya nümayəndələrinin səfərlərinin gerçəkləşdirilməsi, ikitərəfli məsələlərlə bağlı tədbirlərdə iştirak olunması, partiyaların sırasından qanunverici hakimiyyət orqanlarına seçilmiş üzvlər və gənclər təşkilatları arasında əlaqələr qurulması və digər müddəalar nəzərdə tutulub.

YAP-ın sədr müavini Əhmədov imzalanmış sənədin əhəmiyyətindən danışıb. O bildirib ki, təmsil etdiyi partiya adından PDL nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib və dəvət PDL tərəfdən razılıqla qarşılanıb.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Rumıniyada səfərdə olub.

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. Partiya 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiyanın ideologiyasının əsasında azərbaycançılıq, vətəndaş həmrəyliyi, demokratik dəyərlər dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

YAP hazırda Azərbaycan Milli Məclisində 71 deputatla təmsil olunur. Partiyanın sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.

Rumıniyanın Liberal Demokrat Partiyası (PDL) 2006-cı ildə Milli Liberal Partiyasının parçalanması nəticəsində yaranıb. Partiyanın 2007-ci ildə keçirilən qurultayında Demokrat Partiyası ilə birləşmək haqqında qərar qəbul olunub. Partiya ideologiyasının əsasında mühafizəkarlıq (konservatizm) və liberalizm dayanır.

Xəbər lenti

Xəbər lenti