...

Azərbaycan Rusiya subyektləri ilə ikitərəfli əlaqələri möhkəmləndirmək niyyətindədir – baş konsul

Siyasət Materials 25 Fevral 2011 13:41 (UTC +04:00)
Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu Azərbaycanın Rusiya, eləcə də Sverdlovsk vilayəti ilə ikitərəfli əlaqələrinin möhkəmləndirilməsi üzərində çalışır.
Azərbaycan Rusiya subyektləri ilə ikitərəfli əlaqələri möhkəmləndirmək niyyətindədir – baş konsul

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu Azərbaycanın Rusiya, eləcə də Sverdlovsk vilayəti ilə ikitərəfli əlaqələrinin möhkəmləndirilməsi üzərində çalışır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov "MK-Ural"a müsahibəsində bildirib.

"Baş konsulluğun fəaliyyətinin əsas istiqamətləri Sverdlovsk vilayəti ərazisində yaşayan Azərbaycan vətəndaşlarının müxtəlif problemlərinin həlli ilə bağlı tapşırıqdan ibarətdir. Vətəndaşların hüquqlarının müdafiəsi və hüquqi dəstək bizim birinci dərəcəli vəzifəmizdir. Bu, təbii ki, sırf beynəlxalq hüquq çərçivəsində həyata keçirilir. Biz həmçinin Azərbaycanla Rusiya, eləcə də Sverdlovsk vilayəti arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üzərində çalışırıq", - baş konsul bildirib.

Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu 2010-cu ilin mayından fəaliyyət göstərir.

Qasımovun sözlərinə görə, artıq Sverdlovsk vilayəti rəhbərliyinin dəstəyi sayəsində işdə müəyyən nəticələr əldə olunub. "Azərbaycanın Baş konsulluğu Sverdlovsk vilayəti hökumətinin dəstəyi ilə "Azərbaycana yol" adlı teleproqram yaradıb. Bu, bir növ nadir proqramdır, o ilk dəfə Rusiya Federasiyası ərazisində iki kanalda "OblTV" və "Vesti 24" vasitəsilə yayımlanır. Verlişdə Azərbaycanın siyasi, mədəni həyatından, mətbəxindən, ənənələrindən, ölkənin tarixindən, eləcə də Azərbaycanda yaşayan ruslar haqqında məlumatlar verilir. Bizə Azərbaycan xalqının Rusiyaya böyük hörmətindən, xalqlarımız və ölkələrimizin dostluğu haqqında danışmaq vacibdir", - Qasımov bildirib.

Diplomat onu da bildirib ki, Yekaterinburq və Bakını birbaşa aviareyslər birləşdirir. Burada Azərbaycan Beynəlxalq Bankının filialı fəaliyyət göstərir. "Və Sverdlovsk vilayətində bizi qəbul etmələri çox xoşdur. Vilayət rəhbərliyinin dəstəyi sayəsində biz şox işlər görə bilmişik. Və biz humanitar fəaliyyətimizə yenicə başlamışıq. Qarşıda çoxlu planlarımız var", - baş konsul deyib.

Xəbər lenti

Xəbər lenti