Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan və Polşa arasında ikitərəfli hərbi əməkdaşlıq üzrə məsləhətləşmələr keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, məsləhətləşmələr martın 14-dən 16-dək Bakıda baş tutacaq.
Nazirlikdən görüşün detalları və nümayəndə heyətinin tərkibi barədə əlavə məlumat verilmıyib.