...

ATƏT PA prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 May 2011 11:13 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) prezidenti Petros Eftimiu mayın 12-13-də Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə ATƏT PA-nın məlumatında deyilir.
ATƏT PA prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Səfərin proqramı əlavə olunub və tarixi dəqiqləşdirilib (ilk xəbər 28.02.2011 tarixində saat 11:16-da yayılıb)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir A.Qasımova/

ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) prezidenti Petros Eftimiu mayın 12-13-də Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə ATƏT PA-nın məlumatında deyilir.

Eftimiu yüksək vəzifəli məmurlarla, o cümlədən hökumət və parlament rəhbərləri, müxalifət və siyasi partiyaların nümayəndələri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. O, ATƏT-in ölkədəki ofisi ilə də görüş keçirəcək.

ATƏT-in Parlament Assambleyasının prezidenti Petros Eftimiu cari ilin mayında Azərbaycana səfər edəcək. Bu barədə əvvəlcə Trend-ə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov məlumat vermişdi.

"Bu, Petros Eftimiunun regiona ilk səfəri olacaq. ATƏT PA-nın prezidenti Ermənistana və Azərbaycanın Dağlıq Qarabağ regionuna da səfər edəcək", - İbrahimov bildirib.

Xəbər lenti

Xəbər lenti