...

Tatarıstan Prezidenti Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Fevral 2011 17:32 (UTC +04:00)

Birinci abzasdan sonra əlavə olunub (ilk xəbər saat 17:28-də yayılıb)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Tarıverdiyeva/

Tatarıstan Prezidenti Rüstəm Minnixanov martın 2-də Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Azərbaycana işgüzar səfəri çərçivəsində Tatarıstan Prezidenti dövlət başçısı İlham Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycandakı tatar icmasının nümayəndələri ilə görüş keçirəcək. Səfər zamanı Minnixanovun Heydər Əliyev Fonduna baş çəkməsi də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti