...

Azərbaycanın xarici işlər nazirinin müavini Türkiyəyə səfər edəcək

Siyasət Materials 8 Mart 2011 01:07 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov cari ilin 9-11 mart tarixləri arasında siyasi məsləhətləşmələr aparmaq məqsədilə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olacaq. Bu barədə Trend-ə Azərbaycanın Ankaradakı səfirliyindən məlumat veriblər.
Azərbaycanın xarici işlər nazirinin müavini Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 8 mart /Trend/

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov cari ilin 9-11 mart tarixləri arasında siyasi məsləhətləşmələr aparmaq məqsədilə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olacaq. Bu barədə Trend-ə Azərbaycanın Ankaradakı səfirliyindən məlumat veriblər.

Nazir müavini Əzimov bununla yanaşı səfər zamanı səfirlik tərəfindən Beynəlxalq Strateji Araşdırmalar Qurumunda (USAK) təşkil olunmuş "Azərbaycanın xarici siyasəti: fürsətlər və problemlər" adlı konfransda və Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetində "Regional təhlükəsizlik: Azərbaycan-Türkiyə əlaqələri" adlı konfransda əsas məruzəçi qismində çıxış edəcək.

Ayrıca Nazir müavininin Türkiyənin KİV-nə müsahibə verməsi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti