...

İsveç XİN rəhbəri ilk dəfə Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Mart 2011 16:34 (UTC +04:00)
İsveçin xarici işlər naziri Karl Bildt martın 30-dan aprelin 2-dək regionda səfərdə olacaq.
İsveç XİN rəhbəri ilk dəfə Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Səfərin təfərrüatları əlavə olunub (ilk xəbər 10 mart saat 15:07-də dərc edilib)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir V.Javoronkova

İsveçin xarici işlər naziri Karl Bildt martın 30-dan aprelin 2-dək regionda səfərdə olacaq. Bu barədə Trend-ə İsveç Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildt səfəri çərçivəsində Gürcüstan, Azərbaycan və Ermənistanda olacaq.

İsveç XİN rəhbəri Azərbaycana aprelin 1-də gələcək. Birgünlük səfər ölkələr arasında ikitərəfli münasibətlər tarixində ilk səfər olacaq.

Bildt regiona səfəri zamanı siyasi təbəqə və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti